"Qalatasaray" növbəti transferini həyata keçirib.
Sportarena.az xəbər verir ki, İstanbul klubu "Lion"da oynamış Leo Dubuanı transfer edib. 27 yaşlı fransalı müdafiəçi artıq Türkiyəyə yollanıb və tibbi müayinədən keçib. Onunla bu gün rəsmi müqavilə imzalanacaq.
2018-ci ildən "Lion"da oynamış futbolçu Fransa yığmasında da 13 matçda iştirak edib.