Slovakiyanın Banska-Bistritsa şəhərində Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalı təşkil olunacaq. Yarışın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək.
26-30 iyul tarixlərində cüdo yarışları baş tutacaq. Festivalda cüdo idman növü üzrə ümumilikdə 42 ölkədən, 300-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılar iştirak edəcək.
Yarışda Azərbaycan baş məşqçi Elxan Məmmədov və məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 12 idmançı ilə təmsil olunacaq.
Oğlanlar
-55 kq.
Murad Əliyev
-60 kq.
Nurlan Kərimli
-66 kq.
Eltac Yusifli
-73 kq.
Qadir Hüseynov
-81 kq.
İsmayıl Zamanov
-100 kq.
Əjdər Bağırov
+100 kq.
Kənan Nəsibov
Qızlar
-44 kq.
Xumar Qasımzadə
-48 kq.
Könül Əliyeva
-52 kq.
Aydan Vəliyeva
-57 kq.
Fidan Əlizadə
+78 kq.
Nigar Süleymanova