Xavi ABŞ problemini həll etdi

15:03 21 İyul 2022

"Barselona"nın baş məşqçisi Xavi komandanın ABŞ təlim-məşq toplanışına gedə bilib.

Bu barədə "Marca" nəşri məlumat yayıb. İspan mütəxəssis bundan əvvəl komanda ilə birgə ABŞ-a gedə bilməmişdi. Onun xarici pasportunda İranın paytaxtı Tehrana səfərləri ilə bağlı üç möhür olduğu üçün baş məşqçi hava limanından qayıtmalı olmuşdu.

Bu problemə görə Xavi "Barselona"nın "İnter Mayami" ilə yoxlama oyununu (6:0) buraxıb.  Ancaq o, "Real" (23 iyul, Las Veqas), "Yuventus" (26 iyul, Dallas) və "Nyuk-York Red Bulls"la (31 iyul Nyu-York) matçlarda komandanın başında olacaq. 


Digər xəbərlər

Xəbər xətti