Konfrans Liqasının ikinci təsnifat mərhələsində səfərdə “Fehervar” klubu ilə qarşılaşan “Qəbələ”nin futbolçusu İlkin Qırtımov rəqiblə toqquşaraq huşunu itirib.
O, qarşılaşmanın 37-ci dəqiqəsində rəqiblə toqquşmadan sonra yerdə qalıb.
Dili qatlanan futbolçu həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, meydanı xərəkdə tərk edib.