"Futbolçularım rəqibə sakit nəfəs almağa imkan vermədi" - "Aris"in baş məşqçisi

03:14 22 İyul 2022

"Daha çox qol vurmadığımız üçün bir az təəssüfləndim. 2:0 təhlükəli hesabdır. 80 dəqiqə ərzində oyunçularım çox yaxşı iş gördülər. Nəticəyə görə bir az məyusam. Düşünürəm ki, lazım olan qədər qol vura bilmədik”.

Bu sözləri Kipr “Aris”inin baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri ilk  oyundan sonra deyib.

"Bakıdakı cavab matçına hazırlaşacağıq. Mən bu şəhəri görmək istəyirəm. Oranın çox gözəl olmasından xəbərdaram. Rəqib bizim imkan verdiyimiz qədər güclüdür. Hər zaman da futbolçularıma bunu deyirəm. Futbolçularım rəqibə sakit nəfəs almağa imkan vermədi. Rəqibin prinsipini, oyunu necə quracağını bilirdik. Onların qarşısını alıb, planlarını poza bildik. Ona görə də onlar planlaşdırdıqlarına nail ola bilmədilər" - deyə o bildirib. 


Digər xəbərlər

Xəbər xətti