Braziliyalı müdafiəçi Dani Alveşin yeni klubu məlum olub.
Sportarena.az xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını Meksikada davam etdirəcək. Təcrübəli sağ cinah müdafiəçisi bu ölkənin "Pumas" klubuna keçib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dani Alveş son mövsümün iikinci yarısını "Barselona"da keçirib. Braziliya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.