Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. Anna Basta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib. Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib.
Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.