"Kəpəz"in əsas komandasının Bakı toplanışı başa çatıb.
Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin kollektivinə iki günlük istirahət verilib. "Sarı-göylər" iyulun 25-də Gəncədə məşqlərə başlayacaq.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Zirə"ni qəbul edəcək.