“Neftçi”nin rəqibi ispaniyalı futbolçusu ilə vidalaşdı

00:16 23 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan "Aris" Manu Qarsiya ilə yollarını ayırıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əvvəllər “Real Sosyedad”, “Eybar”, “Alaves” klublarında oynamış Manu 2021-ci ildən "Aris"də çıxış edirdi.  


Xəbər xətti