Futbol üzrə Ukrayna milli komandasının müdafiəçisi Aleksandr Zinçenko İngiltərənin “Mançester Siti” klubundan ayrılıb. 25 yaşlı futbolçu bundan sonra karyerasını “Arsenal”da davam etdirəcək.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Toçular” Zinçenko ilə uzunmüddətli müqavilə bağladıqlarını vurğulasalar da, detallar açıqlanmayıb.