"Neftçi" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin "Aris" klubuna 0:2 hesabı ilə məğlub olub.
Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın Limassol təmsilçisinə məğlubiyyətindən sonra AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov açıqlama verib. "Şöhrət" ordenli mütəxəssis "Neftçi"nin növbəti mərhələyə yüksəlmək şansının olmadığını deyib:
"Neftçi" beynəlxalq arenada belə oynamamalıdır! "Qarabağ" nə qədər güclü olsa da, "Neftçi" Neftçi"dir. Utanıram! Ayıbdır! Bilmirəm, məşqçi və heyətlə bağlı nə düşünürlər. Bəli, mövsümün ilk oyunu idi, amma müəyyən nəticəyə gəlmək olur. Yeni transferlər heç nə ilə yadda qalmadılar. Şans var? Belə futbolla düşünmürəm. Elə bilirsiz, "Aris"in futbolçuları cavab matçında meydanda piyada gəzəcəklər? Kiprlilər ağıllı və sürətli oynayırlar. Şansımız yoxdur. Bəlkə də bəxtimiz gətirdi, amma bununla uzağa getmək olmaz. Siz şansdan ona görə danışırsınız ki, "Aris" bizimkiləri "bağışlayıb", 3-cü qolu vura bilmədi. (azerisport.com)