Ukraynanın daha bir idmançısı müharibədə həlak oldu

15:00 23 İyul 2022

Daha bir ukraynalı idmançı Rusiya silahlıları tərəfindən öldürülüb. Stronqmen üzrə həvəskarlar arasında ölkə çempionu Vasili Pavelyev döyüş tapşırığını yerinə yetirərkən gülləyə tuş gəlib.
 
Kiyev patrul polisinin üzvü olan idmançı ilə yanaşı, onun həmkarı Oleq Voloşin də ölüb.
 
İndiyədək müharibədə Ukraynanın 100-ə yaxın idmançısı həlak olub.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.


Digər xəbərlər

Xəbər xətti