2022/23 mövsümü üçün hazırlıqlarını Tbilisidə davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Tbilisi təmsilçisi "Merani" ilə üz-üzə gəlib. İmeda Aşortia və Ayxan Hüseynovun qolları və rəqibin avtoqolu ilə Tovuz təmsilçisi meydandan 3:1 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, "Turan Tovuz" Gürcüstan toplanışı çərçivəsində iyulun 27-si "Dinamo" (Tbilisi), 29-u isə "Qaqra" ilə hazırlıq matçı keçirəcək.