"Qarabağ"ın rəqibi çempionatda heç-heçə etdi

01:44 24 İyul 2022

İsveçrə çempionatında II turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqası II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" doğma meydanda "Lütsern"i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Sürix"i 3:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 27 iyul tarixində İsveçrədə baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti