Zaqreb “Dinamo”sundan Mahirsiz darmadağın

02:35 24 İyul 2022

Xorvatiya yüksək liqasında ikinci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" növbəti matçını keçirib. Zaqreb təmsilçisi "Slaven Belupo"nun qonağı olub.

Matç "Dinamo"nun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu matçda iştirak etməyib. “Dinamo” hər iki turda da qalib gəlib. 


Digər xəbərlər

Xəbər xətti