İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştiano Ronaldonu icarəyə verə bilər.
"Qırmızı-şeytanlar" 37 yaşlı hücumçunun 2022/2023 mövsümündə başqa komandada oynamasına razıdır. Klub portuqaliyalı forvardın müqaviləsini uzatmaq və 2023/2024 mövsümündə ondan UEFA Çempionlar Liqasında istifafə etmək niyyətindədir.
Qeyd edək ki, Kriştiano Ronaldonun İspaniyanın "Atletiko" (Madrid) klubuna transferi gündəmdədir. (Report)