"Qarabağ" İsveçrəyə yollanır

13:37 24 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə "Sürix" ilə qarşılaşacaq "Qarabağ" iyulun 25-i İsveçrəyə yollanacaq.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

​"Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda Azərbaycan çempionu 3:2 hesabı ilə qalib gəlib. 


Digər xəbərlər

Xəbər xətti