"Sabah"ın futbolçusu Elvin Camalov klubun rəsmi saytına danışıb.
Sportarena.az xəbər verir ki, o, komandasının Bolqarıstanın Bansko şəhərində keçirilən toplanışını dəyərləndirib:
"İyulun 17-dən Bansko şəhərində toplanışa start vermişik. Burada təlim-məşq toplanışı üçün hər cür şərait yaradılıb. Çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə yerinə yetirək. Ümid edirəm ki,
çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik.
İlk yoxlama görüşümüzü burada keçirdik. Düzdü, uduzduq. Amma yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Yoxlama oyunlarında məşqçilərin verdiyi tapşırıqları yerinə yetirərək, səhvləri də aradan qaldırmağa çalışırıq. Tezliklə mövsümə start veriləcək. Toplanışda çəkdiyimiz əziyyətin bəhrəsini çempionatda görəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə növbəti mövsümdə hədəflərimizə çatacağıq".