Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris"in Bakı planı məlum olub.
Sportarena.az xəbər verir ki, Limassol klubu paytaxtımıza iki gün əvvəl gələcək.
Aleksey Şpilevski rəhbərlik etdiyi kollektivin paytaxtımıza daha tez adaptasiya olması üçün bu addımı atacaq.
"Neftçi" - "Aris" görüşü iyulun 28-də "Bakcell Arena"da saat 21:00-da keçiriləcək.