"Grand Chess Tour": Şəhriyar Məmmədyarov 13-cü oldu

12:32 25 İyul 2022

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş "Grand Chess Tour" turnirinin mərhələ yarışından sonra ümumi sıralamadakı yeri məlum olub.

37 yaşlı qrossmeyster rapid turnirində 8 xalla 7-ci, blits turnirində isə 7 xalla 8-ci olub.

Ümumi turnirin gedişatına əsasən onun xalı 3,5 olub. Rumıniyada keçirilmiş turnirdə də 1,5 xal toplanış Məmmədyarov bununla da ümumi xal ehtiyatını 5-ə yüksəldib. Bu nəticə ilə o, Yorden fan Foreestlə (Niderland) birgə 13-cü sıradadır.

Növbəti mərhələ yarışı 24-31 avqust tarixlərində ABŞ-ın Seynt Luis şəhərində keçiriləcək. Həmin turnirdə də rapid və blits oynanılacaq. 


Digər xəbərlər

Xəbər xətti