A seriyası bu mövsüm nəzərdə tutulan vaxtdan gec başlaya bilər.
Bu barədə A seriyasının prezidenti Lorenso Kazini məlumat verib. Buna səbəb İtaliyada havada anomal yüksək temperaturun olmasıdır.
“Çempionatı avqustun 13-də başlamaq çətin olacaq. Bu, birinci növbədə iqlimlə bağlıdır. Əgər indiki temperatur qalarsa, yarışı nəzərdə tutulan vaxtda başlaya bilməyəcəyik” – deyə Lorenso Kazini bildirib.