"Bəzi klubların mənimlə maraqlandığını bilirəm" - "Qarabağ"ın futbolçusu

14:14 25 İyul 2022

“Qarabağ”ın futbolçusu Kevin Medina İtaliya mətbuatına açıqlama  verib.

TMW radiosuna danışan kolumbiyalı müdafiəçi bunları deyib: “Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Amma gələcəkdə nə olacağını bilmirik. Gözləməliyik. Böyük liqalarda reallaşdırmaq istədiyim arzularım var.

Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə kömək etmək və Kolumbiya millisində oynamaq arzumu həyata keçirmək istəyirəm”.

Medina “seçə bilsəydiz, hansı liqada oynamağa üstünlük verərdiz” sualına belə cavab verib:

“İngiltərə, Almaniya və ya İspaniya. Bütün rəqabətli liqaları sevirəm. Amma düşünürəm ki, İtaliya çempionatına uyğunlaşa bilərəm. Sürətli mərkəz müdafiəçisiyəm. 4 və 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm”.

2020-ci ildən “Qarabağ”ın formasını geyinən Kevin Medinanın “atlılar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir. 


Digər xəbərlər

Xəbər xətti