İraq Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunlarında iştirak etməyəcək.
Sportarena.az İraq Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, buna səbəb Zaxo şəhərinə edilən hücum zamanı mülki şəxslərin ölməsi və bu qərarın həmin silahlı hücuma protest olaraq qəbul edildiyi bildirilib.
Beş gün əvvəl baş vermiş silahlı hücum zamanı 9 nəfər həyatını itirib, 23 nəfər yaralanmışdı.