“Neftçi”nin prezidenti Kamran Quliyev komandasının Konfrans Liqasının ikinci təfnifat mərhələsində “Aris”lə (Kipr) ilk oyundakı məğlubiyyətini (0:2) şərh edib.
O, bu gün jurnalistlərə açıqlamasında əmin fikirlər səsləndirib. "Kiprdəki matçın son fitindən sonra dedim ki, mərhələni keçəcəyik".
K.Quliyev komandasına inandığını söyləyib: "0:2 hesablı məğlubiyyət faciə, son deyil. Bu komandaya, baş məşqçiyə güvənirik".
O, "Aris"lə cavab oyununda azarkeşlərdən dəstək istəyib: "Azarkeşsiz bizə futbol lazım deyil. Azarkeşsiz "Neftçi" təsəvvür edə bilmirəm. Onlar əlbəttə ki, çılğın olmalıdırlar. Gəlsinlər, komandamızı dəstəkləsinlər. Onların dəstəyi ilə ümid edirəm ki, mərhələ keçəcəyik. İnanıram ki, stadionumuz dolacaq".
Xatırladaq ki, “Neftçi” – “Aris” cavab oyunu iyulun 28-də keçiriləcək.