2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" növbəti yoxlama matçında qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv Türkiyənin "Samsunspor" klubu ilə qarşılaşıb. Matç "kimyaçılar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Samsunspor"un heyətində Polat Yaldır və Fernando Boldrin fərqlənib.
Qeyd edək ki, "Sumqayıt" Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq görüşündə "Bandırmaspor"la 2:2 hesablı heç-heçə edib.