Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı açıqlandı

00:16 26 İyul 2022

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilat komitəsi yarışların proqramını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, yarışların tarixi və açılış vaxtı bazar ertəsi günü təşkilat komitəsinin mətbuat xidməti tərəfindən dərc olunub. Yarışda ilk medallar iyulun 27-də sahibini tapacaq.

 
Həmin gün idmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, küçə skeytbordinqi, üzgüçülük, suya tullanma, reqbi və atıcılıq üzrə mübarizə aparacaqlar. Olimpiadanın sonuncu günündə - avqustun 11-də isə güləş, atletika (marafon), ağırlıqqaldırma, basketbol, su polosu, trek velosipedi, pentatlon və həndbol üzrə medalların sahibi bəlli olacaq.
 
Rəsmi bilet satışı 2022-ci ilin dekabrında başlayacaq. Təşkilatçıların sözlərinə görə, satışa 10 milyona yaxın bilet çıxarılacaq.
 

Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 


Xəbər xətti