Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarında iştirak edəcək.
İyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslara dəvət olunan hakimlər sırasında Ə.Ağayev də var.
Qeyd edək ki, 36 hakimin yer aldığı yay kursları iyulun 29-dək davam edəcək.