19 yaşlı rusiyalı idmançı dağdan yıxılıb öldü - FOTO + VİDEO

10:20 26 İyul 2022

Sankt-Peterburq şəhərindən olan, Rusiyanın sərbəst güləş üzrə bürünc mükafatçısı Əhməd Jiletejev Elbrus ətrafında dağdan yıxılaraq həlak olub.

Məlumata görə, 19 yaşlı güləşçi Kabardin-Balkara təlim-məşq toplanışına yollanıb. Burada o, digər idmançılarla birgə qeydiyyatdan keçməyən qrupla Buka-Başı dağına qalxmaq qərarına gəlib. Ancaq bu qərar Jiletejevin həyatı bahasına başa gəlib: Gənc 2500 metr yüksəklikdə müvazinətini itirərək yıxılıb və ölümcül xəsarətlər alıb.

Ümumilikdə qrupda doqquz idmançı olub. Onlardan daha ikisinin yardıma ehtiyacı olub.

 


Digər xəbərlər

Xəbər xətti