“Neftçi”nin baş məşqçisi iki min avro aliment ödəyəcək

11:38 26 İyul 2022

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.

Sportarena.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Məlumata görə, məhkəmə 47 yaşlı mütəxəssisin aylıq cəmi 2000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7000 avro idi.

Qeyd edək ki, rumıniyalı baş məşqçi 2008-2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.

Xatırladaq ki, Anamariya Prodan bir müddət əvvəl açıqlamasında Regekampfın “Neftçi”də aylıq 22 min dollar maaş aldığını bildirmişdi. 


Digər xəbərlər

Xəbər xətti