Avropa Konfrans Liqası II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" Bakıya ciddi itki ilə gələcək.
Sportarena.az xəbər verir ki, Limassol təmsilçisinin yarımmüdafiəçisi Matiya Şpolyariç cavab matçında komandasına kömək edə bilməyəcək. Əzələsində problem olan futbolçu Bakıya gətirilməyəcək.
Qeyd edək ki, "Neftçi" Kiprdə keçirilən ilk oyunda "Aris"ə 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab qarşılaşması 28 iyul tarixində "Bakcell Arena"da baş tutacaq.