“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos açıqlama verib.
Sportarena.az xəbər verir ki, yerli mətbuata danışan klub rəsmisi “Neftçi”nin Bakıda daha yaxşı oynayacağını deyib:
"İşimiz yarımçıq qalıb, bitirməliyik. Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq".
“Neftçi” ilk matçda “Aris”ə 0:2 hesabıyla uduzub. Cavab oyunu iyulun 28-də Bakıda olacaq.