AFFA və PFL Azərbaycan Premyer Liqasına və ölkə kuboku üçün titul sponsoru axtarışına çıxıb.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda belə deyilir: "Azərbaycan Premyer Liqasının və Azərbaycan kubokunun 2022/2023-cü illər mövsümünün titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına müraciət edə bilər.
Müraciətləri 29 iyul 2022-ci il saat 15:00-a qədər AFFA-nın və PFL-in elektron poçt ünvanlarına göndərmək olar".