Dopinqə düşən azərbaycanlı idmançıların adları açıqlandı

16:03 26 İyul 2022

Bu il dopinqə düşdüyü təsdiqlənmiş Azərbaycan idmançılarının sayı bilinib. Onların sayı 7 nəfərdir.
 
2019-cu ildə hərbçi idmançılar arasında keçirilmiş 7-ci dünya oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşçisi Mikayıl Rəhmanov 4 illik cəzalandırılıb.
 
Ötən il Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında gümüş medal qazanmış Kamran Lazımov və bürünc mükafatçı Aydın Hümbətov müvafiq olaraq 4 və 8 illik cəza alıb. Hümbətovun cəzasının çoxluğu 3 antidopinq qayda pozuntusuna yol verməsi və “idmançı və ya digər şəxs tərəfindən dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi”nin olması ilə bağlıdır.
 
Karateçi Arzu Hüseynova da 4 illik cəzaya məhkum edilib.
 
Basketbolçu Valeri Ramazanov və yanvarda keçirilmiş boks üzrə son Azərbaycan çempionatının bürünc medalçısı Elməddin İsmayılov 2 illik cəzalandırılıb.
 
Həmçinin, karatenin kata növündə əvvəllər Azərbaycanı təmsil etmiş İran əsilli Neda Rezayi 4 illik cəza alıb. 


Digər xəbərlər

Xəbər xətti