"Qəbələ"nin rəqibi 18 yaşlı futbolçu ilə anlaşdı

16:27 26 İyul 2022

"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar" (Macarıstan) heyətinə yeni futbolçu qatıb.

Macarıstan təmsilçisi bosniyalı Faruk Hodjiçi transfer edib. Bu barədə 18 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında paylaşıb. Lakin tərəflərin imzaladığı müqavilənin detalları hələlik məlum deyil.

Qeyd edək ki, "Qəbələ" iyulun 28-i saat 20:00-da "Fehervar"la evdə cavab görüşünə çıxacaq. Bu komandalar arasında ilk matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 


Xəbər xətti