“Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” - Qurban Qurbanov

Sportarena.az      27 İyul 2022 , 00:14

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”lə (İsveçrə) keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında maraqlı anlar yaşanıb.

Sürixdəki mətbuat konfransında yerli jurnalistlərdən biri Qurbanova rus dilində sual verib və qeyd edib ki, rus dilində danışa bildiyini eşidib.

Baş məşqçi isə cavabında “Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” deyib.

Sualı dinləyən çalışdırıcının cavabı Azərbaycan dilində olub.

Qeyd edək ki, bu gün keçiriləcək “Sürix” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin