Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sürix”in oyundan öncə baş məşqçi Franko Fodanın iştirakı ilə mətbaut konfransı keçirilib.
Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Franko Foda jurnalistlərin suallarını cavablandıraraq sabahkı matçla bağlı danışıb:
"Qarabağ" öz meydanında çox güclü idi. Yalnız ikinci yarıda aktiv olmağı bacardıq. Çünki həmin vaxtı topa sahib olmağa başlamışdıq. Sabahkı oyunda bunu inkişaf etdirmək istəyirik. Aqressiv oynayaraq, topa daha çox sahib olub, qol epizodlarında da effektli oynamaq lazımdı. Bu cür sıx qrafikdə tək fiziki yox, həm də mental olaraq hazırlıqlı olmaq lazımdı. Çempionlar Liqasında növbəti mərhələyə, ondan sonra isə qrup mərhələsinə qədər irələmək üçün imkanımız var. Təbii ki, müəyyən gərginliklər var. Azarkeşlərimiz qarşısında oynayacağımız üçün daha da motivasiyalıyıq".