“Yuventus” Aaron Remzi ilə yollarını ayırdı

02:57 27 İyul 2022

İtaliyanın “Yuventus” klubu Uels millisinin yarımmüdafiəçisi Aaron Remzi ilə yollarını ayırıb. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İtaliya mətbuatının iddiasına görə, “Yuventus”da həftəsinə 400 min funt-sterlinq qazanan Remzi, karyerasını ABŞ-da, MLS təmsilçisi olan klubların birində davam etdirəcək.
 
Aaron Remzi 2019-cu ildən Turin təmsilçisində çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 70 oyuna çıxıb, 6 qol vurub. Uelsli futbolçu geridə qalan mövsümü icarə əsasında Şotlandiyanın “Reyncers” komandasında keçirib. O, sözügedən komandada 13 oyuna 2 qolla yadda qalıb.
 
Remzi daha əvvəl İngiltərənin “Arsenal” və “Nottingem Forest”, həmçinin, ölkəsinin “Kardiff Siti” klubunun da formasını geyinib. Yarımmüdafiəçi Uels yığmasında da 74 oyun keçirib, 20 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti