21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.
23 yaşlı müdafiəçi "Şeçinek"lə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Şeçinek” Polşa 4-cü liqasında mübarizə aparır.
Qeyd edək ki, Ricat Qarayev "Neftçi", "Sumqayıt", "İnter" (indiki "Şamaxı") və "Sabah"das formasını da geyinib.