Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olub. “Köhlən atlar” Bakıdakı ilk matçda qələbə qazanıb – 3:2.
“Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərindən “Ferentsvaroş” Macarıstanda Slovakiya “Slovan”ı (Bratislava) ilə üz-üzə gəlib. İlk oyunda Slovakiya təmsilçisi qalib gəlib – 2:1.
“Fənərbaxça” Türkiyədə Ukraynanın “Dinamo” (Kiyev) klubunu sınağa çəkib. Komandalar arasındakı ilk oyunda hesab açılmayıb.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
27 iyul
20:00. Bodo Qlimt (Norveç) – Linfild (Şimali İrlandiya) 8:0
İlk oyun – 0:1
21:00. Sürix (İsveçrə) – Qarabağ (Azərbaycan) 2:2
İlk oyun – 2:3
21:00. Malmö (İsveç) – Jalgiris (Litva) 0:2
İlk oyun – 0:1
21:00. Fənərbaxça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 1:2
İlk oyun – 0:0
22:30. Slovan (Bratislava, Slovakiya) – Ferentsvaroş (Macarıstan) 1:4
İlk oyun – 2:1
23:00. Olimpiakos (Yunanıstan) – Makkabi (Hayfa, İsrail) 0:4
İlk oyun – 1:1