“Sürix”in müdafiəçisi “Qarabağ”la matçı buraxacaq

15:40 27 İyul 2022

“Sürix”in futbolçusu Beçir Omeraqiç İsveçrədə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu buraxacaq. 20 yaşlı müdafiəçi zədə səbəbindən matçda iştirak etməyəcək.
 
İsveçrə təmsilçisinin aparıcı oyunçularından hesab olunan Blerim Cemailinin də meydana çıxıb-çıxmayacağı sual altındadır.
 
Bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşmaya saat 21:00-da start veriləcək. Bakıda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbəyə sevinib. 


Digər xəbərlər

Xəbər xətti