Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris"in prezidenti Vladimir Fyodorov "championat.com" nəşrinə açıqlama verib.
Sportarena.az xəbər verir ki, rusiyalı klub rəhbəri Azərbaycan təmsilçisi üzərində qazandıqları qələbəni bayram adlandırıb:
"Avropa Konfrans Liqasında "Neftçi" üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir. Ancaq bu sadəcə irəliyə doğru bir addımdır. Biz Avropa klub arenasında sabit olmaq istəyirik".
Qeyd edək ki, "Neftçi" ilk oyunda "Aris"ə 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab görüşü sabah Bakıda baş tutacaq.