2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunu heyətinə qatıb.
Sözügedən klub Türkiyə Super Liqası təmsilçisi “Başakşəhər”in qvineyalı futbolçusu Alya Tureni 1 illik icarəyə götürüb.
20 yaşlı cinah yarımmüdafiəçisi "Sumqayıt"ın heyətində "37" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "Başakşəhər", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.