Rəşad Sadıqov: "İlk matçdakı nəticəni unutmuşuq"

23:32 27 İyul 2022

“Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. 40 yaşlı mütəxəssis bu gün Təl-Əvivdə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf edib, səviyyəmizi artırmaqdan ötrü yaxşı fürsətdir. Matça böyük istək və həvəslə hazırlaşmışıq. Düşünürəm ki, komandamız ilk matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. İstərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, səfər görüşündən yaxşı nəticə ilə ayrılmaq niyyətindəyik".
 
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti