Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi dəqiqləşib.
Sportarena.az xəbər verir ki, "Slovan"ı səfərdə 4:1 hesabı ilə məğlub edən "Ferentsvaroş" klubu "Qarabağ"ın rəqibi olub. Macarıstan çempionu evdə rəqibinə 1:2 uduzmuşdu.
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk oyununu avqustun 2 və ya 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.