Konfrans Liqası: Daha 4 klub növbəti mərhələdə

02:00 28 İyul 2022

Futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir. İkinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Yekunda “ÇFR Kluj” (Rumıniya), AİK (İsveç), “Aris” (Yunanıstan) və “Klaksvik” (Farer adaları) komandaları növbəti mərhələyə yüksəliblər.

Bu mərhələnin qalan matçları bu gün baş tutacaq. Azərbaycan təmsilçiləri – “Neftçi”, “Zirə” və “Qəbələ” də cavab matçlarını iyulun 28-də keçirəcəklər.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
26 iyul

Linkoln (Cəbəllütariq) – Tobol (Qazaxıstan) 0:1
İlk oyun – 0:2

TNS (Uels) – Vikinqur (İslandiya) 0:0
İlk oyun – 0:2

Ballkani (Kosovo) – La Fiorita (San Marino) 6:0
İlk oyun – 4:0

27 iyul

İnter Eskaldes (Andorra) – ÇFR Kluj (Rumıniya) 1:1
İlk oyun – 0:3

AİK (İsveç) – Vorskla (Ukrayna) 2:0
İlk oyun – 2:3

Qomel (Belarus) – Aris (Yunanıstan) 1:2
İlk oyun – 1:5

Klaksvik (Farer adaları) – Sutyeska (Monteneqro) 1:0
İlk oyun – 0:0


Digər xəbərlər

Xəbər xətti