UEFA reytinqi açıqlandı - "Qarabağ" Azərbaycanın xalını artırdı

12:04 28 İyul 2022

Avrokuboklarda 2-ci təsnifat mərhələsində dünən keçirilən oyunlarından sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.

Təmsilçimiz “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda səfərdə İsveçrə “Sürix”i ilə heç-heçəsi  (2:2) Azərbaycanın aktivinə daha 0,125 xal yazdırıb. Ölkəmiz bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırıb. Ancaq mövqeyimiz növbəti dəfə dəyişməz qalıb. Azərbaycan əvvəlki kimi 29-cu pillədə qalıb. 28-ci pillədə olan Polşanın 14,750 xalı var.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti