UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, dünən baş tutam matçlardan sonra III təsnifat mərhələsində üz-üzə gələcək bütün komandalar məlum olub.
Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" pley-off-a vəsiqə uğrunda Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
Makkabi (Hayfa, İsrail) – Apollon (Limassol, Kipr)
Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan)
Ludoqorets (Bolqarıstan) – Dinamo (Zaqreb, Xorvatiya)
Şerif (Moldova) – Viktoriya (Plzen, Çexiya)
Bodo Qlimt (Norveç) – Jalgiris (Litva)
Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan)
Liqa yolu
Monako (Fransa) – PSV (Niderland)
Dinamo (Kiyev, Ukrayna) – Şturm Qrats (Avstriya)
Yunion (Belçika) – Reyncers (Şotlandiya)
Benfika (Portuqaliya) – Midtüllan (Danimarka)