Qusarda fudokan üzrə açıq respublika turniri keçirilib - FOTOLAR

Sportarena.az      28 İyul 2022 , 13:31

Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyi, Qusar rayon Gənclər və İdman İdarəsi, Qusar rayon Olimpiya İdman Kompleksi, Dövlət Turizm Agentliyi və Şahdağ Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Fudokan idman növü üzrə Qusar rayon şəhidlərinin əziz xatirəsinə həsr edilmiş açıq Respublika turniri keçirilib. 

 

Sportarena.az xəbər verir ki, şəhid ailələri, qazilər, dövlət rəsmiləri və bir sıra şəxslər fəxri qonaq qismində tədbirdə iştirak ediblər. Tədbirin təntənəli açılış mərasimindən öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, fudokan üzrə rəsmi nümayəndəliyin vitse-prezident Aqil Gözəlov, təşkilatçılar, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, I və II Qarabağ müharibəsi veteranları çxış edərək  yarışın məqsədi, əhəmiyyəti haqqında məlumat verib , şəhid ailələrinin və qazilərin daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib və yarış iştirakçılarına uğurlar arzulayıblar. 

 

Turnirdə  Bakı, Sumqayıt  Qusar, Xaçmaz, İsmayıllı və Gəncə şəhərindən olan komandalar iştirak ediblər.Yarışda uşaqlar, yeniyetmələr və gənclər arasından 200-ə yaxın idmançı qalibiyyət uğrunda mübarizə aparıb.Komanda hesabında Fudokan Mərkəzinin İdmançıları 1-ci yerə, Qubadlı Komandası 2-ci yerə və Qusar rayon komandası 3-cü yerə layiq görülüblər. Qalib idmançılar şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş medal və diplomla mükafatlandırılıblar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin