UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferençvaroş”la qarşılaşacaq “Qarabağ” ciddi itkilərlə üzləşib.
“Atlılar”ın futbolçuları Kadi Borxes və Riçard Almeyda sarı vərəqə limitini doldurub. İkinci təsnifat mərhələsində “Sürix”lə səfər oyununda sarı vərəqə alan hər iki yarımmüdafiəçi növbəti matçda meydana çıxa bilməyəcək.
Bundan başqa Kevin Medina da ciddi zədə alıb. Böyük ehtimalla o da Macarıstan klubu ilə matçda heyətdə yer almayacaq.