Dövlət Sərhəd Xidmətinə məxsus “Sərhədçi” idman kompleksinin adı dəyişdirilib. “Sərhədçi” İdman Olimpiya Mərkəzi adlandırılan kompleks bundan sonra “Sərhədçi” İdman Mərkəzi adlandırılacaq.
Artıq idman kompleksinin adında müvafiq dəyişiklik edilib. Dəyişiklik Gənclər və İdman Nazirliyinin tövsiyəsinə əsasən baş tutub.
“Sərhədçi” 2009-cu ilin avqustun 31-də açılıb.